“Ən güclü təkan...” - Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Ən güclü təkan...” - Qurban Yetirmişlidən zəlzələ ilə bağlı AÇIQLAMA

Hadisə

11 May 2024 18:14 3062


Lənkəranda qeydə alınan zəlzələdən sonra afterşoklar - xırda təkanlar ola bilər.

Yenisabah.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Ən güclü təkan artıq olub, əhali təşvişə düşməsin", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Talış dağlıq zonasında, Lənkəran rayonu ərazisində 5,2 maqnitudalı olub. Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə qeydə alınıb. Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!