“Ən xoşbəxt insanlar aylıq məvacibini gözləyən insanlardır”   - Psixoloq

saytların hazırlanması

Evə çatdırılma

“Ən xoşbəxt insanlar aylıq məvacibini gözləyən insanlardır” - Psixoloq

Sosial

28 İyul 2022 17:54 1497


“Azərbaycanda insanların psixi vəziyyətini 100 ballıq şkalayla qiymətləndirsək, hər kəs 25 bal toplaya bilər”.

Bunu “Yeni Sabah”a psixoloq Aytən Ələkbərova deyib:

“Burada da şəxslərin fərqli xüsusiyyətlərinə, davranış tərzlərinə, sosial mühitinə uyğun olacaq psixi durumların mövcudluğu var. İnsan var, ailə quracağıyla xoşbəxt olacağını düşünür, insan da var düşünür ki, mən ailəmlə yox, sevgilimlə xoşbəxtəm. Elə insan da var ki, həyatda hər şeyi var, amma yenə də neqativ düşüncədədir. Valideynlərinin ona verdiyi həddindən artıq məhəbbət belə, onu sıxır.  Səbəbi sevginin çox olmasıdır. Nəyisə arzu edib onun reallaşmasını həsrətlə gözləmir.  Dominos pizza

Mən düşünürəm ki, ən xoşbəxt insanlar aylıq məvacibini gözləyən insanlardır. Yüksək kreditə həyatını sərf etmək də psixoloji gərginliklə nəticələnən amillərdəndir. Müflisləşmək, arzularının həyata keçirə bilməmək qorxusu və ya məvacibinin çox hissəsinin kreditlərə getməsi psixoloji təzyiq formalaşdırır.

İnsanlar sual edirlər ki, düşüncəsini dəyişsə, xoşbəxt ola bilərmi? Bu, təkcə, dildə deyiləcək deyim deyil. Sən bunu ruhən özünə təlqin eləməlisən. Ani, şüurlu şəkildə verilən qərarlar uğur gətirir. Bizi qocaldan yaşımızın artması deyil, düşüncələrimizdir. Neqativ düşüncələr iradəliləri mübarizəyə, iradəsizləri intihara sövq edir. Ona görə də fərdə görə dəyişən xüsusiyyətlər fərdin xarakterinə atılacaq addımlara bərabər olur”. 

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!