Ənənəvi təhsilə qayıdış üçün adaptasiya lazımdırmı? – Psixoloqdan cavab

saytların hazırlanması

Evə çatdırılma

Ənənəvi təhsilə qayıdış üçün adaptasiya lazımdırmı? – Psixoloqdan cavab

Sosial

05 Oktyabr 2021 16:34 1160


Bir ildən artıqdır ki, pandemiya şəraitinə görə dərslər distant formada keçirilirdi. Hazırda bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Lakin bəzi şagirdlər, tələbələr “köhnəliyə” adaptasiya ola bilmirlər. Bunu onların dərsdə iştirakı və davranışlarından aydın müşahidə etmək olar. Bir çoxu dərslərin ənənəvi formaya qayıtmasını istəmədiklərini də dilə gətirir, dərsə zorən gəldiyi sezilir. 

Psixoloq Elnur Rüstəmov Yenisabah.az-a açıqlamasında deyib ki, pandemiya olmayanda da, dərsə adaptasiya ola bilməyən, oxumaq istəməyən uşaqlar olub:

“Adaptasiya bəhanədir. Pandemiya olmayanda da təhsil almaq istəyən, istəməyən, oxuyan və ya oxumayanlar vardı. Bu formada ümumiləşdirilməsinin tərəfdarı deyiləm. Ola bilər ki, kimlərsə adaptasiyada çətinlik çəkir, bu ayrı bir məsələdir. Amma kifayət qədər adaptasiya olan, uyğunlaşan təhsil alanlar var”. pizza hut

Psixoloq tədris müəssisələrinin açılmasını istəməyənlərin nəyi əsas gətirdiyini bilmədiyini qeyd edib:

“Bir qismi istəmirsə, onların motivasiyasını, nəyə görə istəmədiklərini bilmirik. Əgər pandemiya şəraiti imkan verərsə, təhsil bu cür də davam edəcək. Yox, əgər hər hansı bir problem çıxarsa, o zaman artıq mərhələli şəkildə məktəblər, siniflər bağlana bilər. Bu proseslər hamısı tənzimlənməlidir”.

Nəzrin Vahid

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!