Əqli və fiziki cəhətdən məhdudiyyətli uşaqların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Əqli və fiziki cəhətdən məhdudiyyətli uşaqların sayı açıqlandı

Sosial

20 İyun 2023 18:36 636


Ötən ilin sonuna olan statistik məlumatlara əsasən görmə qabiliyyəti tam məhdud 720 uşaq qeydiyyatda olub.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, ötən ilin sonuna qeydiyyatda olan görmə qabiliyyəti qismən məhdud uşaqların sayı isə 16 800 nəfər olub.

2022-ci ilin sonuna qeydiyyatda olan eşitmə qabiliyyəti tam məhdud uşaqların sayı 1 236, eşitmə qabiliyyəti qismən məhdud olanların sayı isə 2 082 nəfər olub. Toyuqlu pizza

Əqli geriliyi olan uşaqların sayı 5 275, nitq pozuntusu olan uşaqların sayı 4 417, poliomielit və serebral iflic qalığı olan uşaqların sayı 3 648, skolioz (onurğa sütunun əyilməsi) xəstəliyi ilə qeydiyyatda olan uşaqların sayı isə 4 812 nəfər olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!