Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də Ciddədə üçtərəfli təhlükəsizlik müqaviləsi bağlamaq niyyətindədir.
"Yeni Sabah" Anadolu-ya istinadla xəbər verir ki, bunu təhlükəsizlik mənbələri bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Krallığa birgünlük səfərə yola düşüb. O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüşəcək. pizza hut
İslamabad və Ər-Riyad uzun müddətdir ki, iqtisadi və müdafiə münasibətlərini qoruyub saxlayırlar. 2025-ci ilin sentyabr ayında Pakistanın Baş naziri və Səudiyyə vəliəhd şahzadəsi Krallığa Pakistanın nüvə silahlarına çıxış imkanı verə biləcək strateji müdafiə müqaviləsi imzalayıblar.
Telegram kanalımız