Qərb dövlətləri tərəfindən tankların verilməsi Ukraynada problemlərin həllinə kömək etməyəcək.
Yenisabah.az “TRT Haber”ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri Rusiyanın Ukraynaya silahlı hücumu fonunda yaranmış vəziyyətin həllində Türkiyənin böyük təşəbbüs göstərdiyini qeyd edib. Toyuqlu pizza
Onun sözlərinə görə, Türkiyə taxıl dəhlizində, habelə əsir mübadiləsində və humanitar yardımda vasitəçilik edib:
“Danışıqlar davam edir. ABŞ və Almaniyanın tank göndərməsi həll yoludurmu? Bunu həllin elementi olduğunu deyə bilmərəm, çünki, bu, risklidir”.
Telegram kanalımız