Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə tənqid və ifadə azadlığının heç kimə böhtan atmaq və başqalarının nüfuzuna xələl gətirmək hüququ vermədiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, Ərdoğan kapital bazarlarının sağlamlaşdırılması istiqamətində addımlar atacaqlarını qeyd edib.
“Kapital bazarlarımızın tərkibini mikroblara qarşı gücləndirəcək, fəaliyyətini, inşallah, daha sağlam hala gətirəcəyik”, - deyə Türkiyə prezidenti vurğulayıb. Marqarita pizza
Dövlət başçısı bildirib ki, bu istiqamətdə addımlar atılarkən nifrət siyasəti aparan şəxslərin hakim komanda üzvlərinə və Nazirlər Kabinetinin üzvlərinə qarşı böhtan atmasına, onların şərəf və ləyaqətinə xələl gətirməsinə imkan verilməyəcək.
Ərdoğan Türkiyədə özü də daxil olmaqla heç kimin tənqiddən kənarda olmadığını vurğulayıb. Bununla belə, o qeyd edib ki, heç kimin vəzifəsi, peşəsi və mövqeyi ona FETÖ üsullarından istifadə edərək başqalarına qarşı nüfuz suiqəsdi təşkil etmək hüququ vermir.
“Tənqid hüququ həmsöhbətini yalan və təhriflərlə qaralamaq hüququ deyil. Eyni şəkildə, ifadə azadlığı da qarşısına çıxan hər kəsə böhtan atmaq sərbəstliyi deyil”, - deyə Türkiyə Prezidenti bildirib.
O əlavə edib ki, ictimaiyyət adından hesabat tələb etdiyini iddia edən hər kəs öz vəzifəsini məsuliyyətlə yerinə yetirməli, insanların şərəf və ləyaqətinə toxunmamalıdır.
Aytac Əliyeva
Telegram kanalımız