Belçikanın Baş naziri Bart De Vever Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ona tapança hədiyyə etdiyini bilmədən özü ilə ölkəsinə aparıb.
"Yeni Sabah" “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə yerli “Nieuwsblad” qəzeti məlumat yayıb.
Bildirilir ki, hökumət başçısı aldığı hədiyyə paketini nümayəndə heyətinin üzvlərinə ötürüb. O, hədiyyənin silah olduğunu yalnız Belçikaya qayıtdıqdan sonra aeroportda mətbuatdan öyrəndiyini bildirib. pizza sifarişi
De Vever hədiyyəni açdıqdan sonra silahı hava limanının polisinə təhvil verib. Hazırda o, aeroportun seyfində saxlanılır.
Hədiyyənin gələcək taleyinin necə olacağı məlum deyil.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Ankarada keçirilən sammitinin yekununda Avropa liderlərinə üzərində onların adları həkk olunmuş “Tofak” markalı fərdi tapançalar və döyüş patronları hədiyyə edib.
Telegram kanalımız