Ərəb turistin ölümü: “Leyla Medical Center“dən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Ərəb turistin ölümü: “Leyla Medical Center“dən açıqlama

Sosial

27 İyul 2022 20:42 1300


"Leyla Medical Center" ərəb turistin ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

Yenisabah.az qafqazinfo-ya istinadla xəbər verir ki, açıqlamada deyilir: 

"Nəzərinizə çatdırmaq istərdik ki, 26.07.2022 -ci il tarixində 15:48-də Təcili Tibbi Yardım vasitəsilə mərkəzimizə digər özəl tibb müəssisələrin birində müalicə alan, lakin vəziyyəti ağırlaşan pasiyent(Səudiyyə Ərəbistan vətəndaşı Mutəb Almadui Səid) təxliyə olunub.  Dördpendirli pizza

Mərkəzimizə çatdırılan xəstənin vəziyyəti ilkin müayinə əsasında kəskin ağır olaraq dəyərləndirilmişdir (huşu soporoz, dəri və selikli qişaları kəskin avazımış, tənəffüsü taxipnoe tipli, Arterial təzyiqi 34:16, ürək döyüntüləri 106). 

Mərkəzimizə köçürülən pasient dərhal reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinə uyğun olaraq müvafiq təyinata əsasən müalicəyə başlanılıb. 18:45-də xəstənin ürək fəaliyyəti dayanmış, aparılan bütün tibbi müdaxilələrə baxmayaraq 19:10-da isə bioloji ölüm qeydə alınıb.

"Leyla Medical Center"də baş verən bu halla bağlı aidiyyatı orqanlara məlumat verilmiş və lazımi tədbirlər görülüb.

Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarından xahiş edirik ki, mərkəzimizin hüquqlarına hörmətlə yanaşaraq ictimai rəyi çaşdırmamaq məqsədi ilə yayılan hər bir xəbəri "Leyla Medical Center"in mətbuat katibliyi ilə dəqiqləşdirmədən ictimailəşdirməsinlər".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!