“Ərim ayağımı ayağımın üstünə qoyub oturmağa icazə vermirdi“   - Əməkdar artist

saytların hazırlanması

Evə çatdırılma

“Ərim ayağımı ayağımın üstünə qoyub oturmağa icazə vermirdi“ - Əməkdar artist

Şou

11 Sentyabr 2020 17:53 1787


Əməkdar artist Ruhəngiz Allahverdiyeva keçirdiyi ağır günlərdən danışıb. 

Yenisabah.az xəbər verir ki, SPACE telekanalında yayımlanan "Həyat, sevgi və göz yaşları" layihəsində qonaq olan sənətçi ailəsindən danışıb: 

“"Qardaşlarım oxumağa qoymurdu. Anam nəsə satıb, bizi saxlayırdı. Bir nəfər anamdan mal alıb, pulunu vermədi, pis vəziyyətə düşdük. Ailəmin ağır gününə görə oxumağa başladım. Məni hər yerə qardaşlarım aparıb-gətirirdi. Oxuyanda utanırdım, üzümü çevirirdim divara. Hətta harasa gedəndə geyinməyə paltarım olmurdu, qardaşım iki koftasın satıb mənə kostyum almışdı. Marqarita pizza

Sonra anam övladlarımı saxladı, oxuyub pul qazandım. Qardaşlarıma, bacıma kömək etdim”.

65 yaşlı müğənni keçmiş həyat yoldaşı barədə də söz açıb:

“Sevib ailə qurmamışam, tanışlıqla olub. Çox qısqanc idi. Evə qonaq gələndə, küçəyə çıxanda qısqanırdı. Oxumağa da qoymurdu. Xasiyyəti dözüləcək deyildi. Yaxşı yerlərdə işləyirdi, savadlı və yaraşıqlı idi. Gələcəkdə nazir belə ola bilərdi. Ayrıldıq, peşman oldu qayıtdı. Amma qısqanclıqları məni yormuşdu, barışmadım. Sonra evləndi, ondan övladı olmadı, xərçəng xəstəliyinə yoluxdu və cavan yaşda vəfat etdi. Mənə icazə vermirdi ki, ayağımı ayağımın üstünə qoyub oturum”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!