“Ərini oğurlamışıq, pul ver!” - Mesajların arxasından görün kim çıxdı - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Ərini oğurlamışıq, pul ver!” - Mesajların arxasından görün kim çıxdı - Foto

Dünya

19 Sentyabr 2026 08:19 112


Argentinada polis həyat yoldaşından pul almaq üçün özünün oğurlanmasını uydurmaqda şübhəli bilinən kişini saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, Rosario şəhərinin sakini ərinin telefonundan guya onun oğurlanması ilə bağlı mesajlar gəlməyə başladıqdan sonra polisə müraciət edib. Kişinin azad edilməsi üçün iki milyon Argentina pesosu (təxminən 1 320 dollar - red.) tələb olunurdu.

Müstəntiqlər axtarışlara başlayıb və tezliklə kişinin avtomobilini qonşu Entre-Rios vilayətindəki supermarketin yaxınlığında tapıblar. Sezar pizza

Polislər mağazanın yaxınlığında nəzarət təşkil ediblər və bir qədər sonra avtomobilin sahibini saxlayıblar. Onun üzərində mobil telefon, nağd pul və sənədlər aşkarlanıb.

Dindirilmə zamanı kişi heç bir adam oğurluğunun baş vermədiyini və bütün hekayəni özünün uydurduğunu etiraf edib. O bu yolla borcunu ödəmək üçün pul əldə etmək istəyib.

Kişiyə qarşı bilərəkdən yalan məlumat vermə və dələduzluğa cəhd maddələri üzrə ittiham irəli sürülüb./oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!