“Ərli qadının “İnstaqram”da nə işi var?” – Samirədən qalmaqallı sözlər

saytların hazırlanması

Evə çatdırılma

“Ərli qadının “İnstaqram”da nə işi var?” – Samirədən qalmaqallı sözlər

Şou

02 Aprel 2020 11:40 3270


Meyxanaçı Samirə Yusifqızı qalmaqallı fikirləri ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, şairə Nazilə Səfərli ilə meyxanaçı sosial şəbəkələrdə şəkillərini paylaşan evli qadınlara sərt sözlər ünvanlayıb: "Ərli qadının "İnstagram"da nə işi var?! Şəklini bölüşür, xeyir ola, özlərini kimə göstərirlər? Əri üçün yaşayırsa, qoy ona əri baxsın, niyə milyonlarla insan baxmalıdır? Açsın “Whatsapp”ı orada paylaşsın şəkillərini. O da bir şərtlə ki, telefon ərinin nəzarətində olsun. Gəlin hər yerə gedə bilər, amma əri ilə. Tək getməyə ixtiyarı yoxdur. Qısa da geyinə bilər amma gərək əri yanında olsun". 

Sözügedən görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub. Bundan əlavə Nazilə Səfərli və Samirə Yusifqızının xüsusi karantin qaydalarını pozaraq qonaqlığa getməsi də diqqətdən yayınmayıb. Dördpendirli pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!