Erməni cəlladı - general Manvel Qriqoryan ölüb

saytların hazırlanması

Evə çatdırılma

Erməni cəlladı - general Manvel Qriqoryan ölüb

Hadisə

19 Noyabr 2020 10:08 1548


Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı Manvel Qriqoryan ölüb.

Yenisabah.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Respublikaçı Partiyasının üzvü Karen Avaqyan deyib.

M.Qriqoryan uzun sürən xəstəlikdən ölüb.

İkinci Qarabağ müharibəsi başlayandan sonra o, Dağlıq Qarabağa gəlmişdi, lakin səhhəti ağırlaşdığına görə oktyabrın 20-si Ermənistana çatdırılaraq xəstəxanalardan birinin reanimasiyasına yerləşdirilmişdi.

Qeyd edək ki, Manvel Qriqoryan Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!