Erməni deputat: “Azərbaycan peyk alanda biz villalar tikirdik”

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat: “Azərbaycan peyk alanda biz villalar tikirdik”

Rəsmi

26 May 2022 17:56 1366


“Müharibədən sonra məlum oldu ki, 2017-ci ildə Ermənistan mühüm infrastrukturun inkişafında Azərbaycandan on dəfə geri qalıb. Artıq 2013-cü ildə Azərbaycanın üç peyki var idi. Onlardan biri kəşfiyyat üçün idi”. 

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın deputatı Arusyak Culakyan söyləyib.

“Bakı ilk peyki 2013-cü ildə orbitə çıxarıb. Azərbaycan peyklər almağa başlayanda “müasir xilaskarlarımız” villalar tikirdilər. 44 günlük müharibə zamanı Azərbaycan artıq bu peyklərdən Qarabağda qoşunların hərəkətini onlayn izləmək üçün istifadə edirdi. Azərbaycan Prezidenti İlham Əliyev müharibədən sonra bu barədə fəxrlə danışırdı. Bu vəziyyətin Azərbaycan Silahlı Qüvvələrinə üstünlük verdiyi şübhəsizdir”, - o qeyd edib.  Toyuqlu pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!