Erməni deputat Brüssel görüşünü müsbət qiymətləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Erməni deputat Brüssel görüşünü müsbət qiymətləndirdi

Rəsmi

18 May 2023 13:37 1236


“Bilirsinizmi, niyə bu günə qədər məsələ həllini tapmayıb? Çünki Rusiya məsələnin bir həllini, Avropa, ABŞ, Azərbaycan və Türkiyə isə başqasını təklif edib”.

Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Akop Aslanyan bildirib.

O deyib: “İndi çalışırıq ki, hamını çıxaraq, yalnız Avropanın qərarı ilə məsələni həll edək. Çünki Rusiyanın təklifləri ilə 30 il ərzində heç bir şey baş verməyib. Beynəlxalq ictimaiyyət tələb edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyaq. Burada artıq digər problemlər önə çıxmır.

Birincisi, bir-birimizin ərazi bütövlüyünü tanımalıyıq. Sonra isə Qarabağdakı ermənilərin hüquq və azadlıqlarını beynəlxalq səviyyədə qabarda biləcəyik. Brüssel görüşünü və tərəflərin bir-birinin ərazi bütövlüyünü tanımasını isə müsbət qiymətləndiririk”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!