“Spiker Alen Simonyan uşaq bağçası tərbiyəçisi vəzifəsini yerinə yetirir”.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu "Ermənistan" blokunun nümayəndəsi Artsvik Minasyan jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, parlamentdəki indiki vəziyyətdə iş prosesi mümkün deyil. Xatırladaq ki, bu gün "Şərəfim var" blokunun deputatı Anna Mkrtçyan "təslimçi Nikol Paşinyan" ifadəsini səsləndirdiyinə görə söz haqqını itirib və zaldan qovulur.
Buna etiraz olaraq müxalifət Milli Məclisin iclasını boykot edib.
Artsvik Minasyanın sözlərinə görə, Alen Simonyan parlamentdə uşaq bağçası tərbiyəçisi vəzifəsini yerinə yetirir. “Bizi susdurmağa çalışanların hamısı kimi o da cəzalandırılacaq. Biz artıq hüquqi prosesə başlamışıq. Parlamentdə siyasi qiymətləndirmələrin səsləndirilməsi heç bir şəkildə məhdudlaşdırıla bilməz”.
Telegram kanalımız