Erməni diversantlara hökm oxundu

saytların hazırlanması

Evə çatdırılma

Erməni diversantlara hökm oxundu

Kriminal

22 İyul 2021 18:21 975


Bakı Ağır Cinayətlər Məhkəməsində erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün - Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılov sədrliyi ilə baxılan iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 6 il azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək və cəzalarını çəkdikdən sonra Azərbaycan Respublikası hüdudlarından kənarlaşdırılacaqlar./Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!