Erməni əsgərin müharibə dəhşəti:   “Terminator kimi üzərimizə gəlirdilər”

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsgərin müharibə dəhşəti: “Terminator kimi üzərimizə gəlirdilər”

Hadisə

28 Noyabr 2020 11:40 1666


"Azərbaycan əsgərləri ilə döyüş zamanı elə təəssürat yaranırdı ki, sanki dəniz dalğaları ilə mübarizə aparırıq".

Yenisabah.az xəbər verir ki, bunu erməni əsgərləri Rusiya mətbuatına müsasibəsində deyib.

Erməni əsgərlərdən biri azərbaycanlı döyüşçülərin yaylım atəşindən də qorxmadıqlarını bildirib:

"Mən topçu kimi xidmət göstərirdim. Vəzifəm hədəfə olan məsafəni, koordinatları təyin etmək idi. Elə təəssürat yaranırdı ki, sanki dəniz dalğası ilə döyüşürük. 400 nəfərdən ibarət kolonu görüb atəş açırdıq. Amma onların ardınca iki dəfə çox qüvvə gəlirdi. Əsgərin çiyninə güllə dəyir, o isə bunu hiss etmir. Terminator kimi üzərinə gəlməkdə davam edir. Əlbəttə, bu cür qüvvəyə qarşı tab gətirmək mümkün deyil". (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!