Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü - Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni əsirliyindən xilas edilən Vəliəhəd evinə döndü - Video

Sosial

01 Mart 2021 22:30 1280


Vətən Müharibəsində şəhid olduğu haqda məlumat yayılan, daha sonra isə əsir düşdüyü müəyyənləşən Vəliəhəd Vəliyev bir neçə aydan sonra evinə qayıdıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya qazimizin atası Şakir Vəliyev məlumat verib.

Ötən ilin dekabrında erməni əsirliyindən xilas edilən qazimizin müalicəsi başa çatıb və o, bu gün doğulduğu Lənkərana yollanıb.

Vətən müharibəsi qazisi Lənkəranda izdihamla qarşılanıb. Bundan əvvəl isə Vəliyev Vəliəhəd Bakıda Fəxri Xiyabana yollanaraq Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Vəliyev Vəliəhədin Zəngilan uğrunda döyüşlərdə əsir düşdüyü bildirilirdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!