Erməni general 60 nəfərin itkisinə görə ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Erməni general 60 nəfərin itkisinə görə ittiham olunur

Rəsmi

27 Aprel 2021 10:21 843


Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Baş Qərargahın Döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisinə görə ittiham olunur.

Yenisabah.az xəbər verir ki, bunu ölkənin “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır. A.Makaryan dindirilmək üçün komitəyə çağırılıb. O bildirib ki, 60 nəfərin itirilməsi ilə nəticələnən əməliyyatla bağlı tapşırğı öz istəyi ilə verməyib. Əmrin daha yüksək orqandan verildiyi məlum olub.

Məsələ ilə bağlı Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin tör-töküntülərinin keçmiş “müdafiə nazir”i Cəlal Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da Hərbi istintaq komitəsinə çağırılıblar. Onlar digər məsələlərlə bağlı da dindirilir. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!