Erməni general Qarabağ müharibəsinə görə dindiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Erməni general Qarabağ müharibəsinə görə dindiriləcək

Rəsmi

01 Aprel 2023 10:15 974


Ermənistan parlamentinin İkinci Qarabağ müharibəsini araşdıran komissiyası apreldə növbəti iclasını keçirəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın "Joğovurd" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin mənbəsi bildirir ki, müharibə zamanı Ermənistan ordusunun baş qərargah rəisi olan general-polkovnik Onik Qasparyan yenidən iclasa dəvət ediləcək və dindiriləcək. 

O, bundan əvvəl martın 16-da və 20-də istintaq komissiyasının işində iştirak edib. 

Qeyd edək ki, Ermənistan parlamenti 2021-ci ildə İkinci Qarabağ müharibəsində məğlubiyyətin səbəblərini araşdıran istintaq komissiyası yaradıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!