Erməni general Qarabağdan qaçdı

saytların hazırlanması

Evə çatdırılma

Erməni general Qarabağdan qaçdı

Maraqlı

05 Noyabr 2020 13:34 3689


Qarabağda döyüşlərə qatılan Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-leytenant Artak Davtyan İrəvana qayıdıb.

Yenisabah.az xəbər verir ki, erməni general Azərbaycana qarşı döyüş əməliyyatlarını koordinasiya edib. O, bu yaxınlarda Ermənistana geri qayıdıb.

Döyüş bölgəsində vəziyyətin gərgin olmasına baxmayaraq, Davtyan onun görə biləcəyi iş qalmadığını deyərək təcili İrəvana yollanıb.

Azvision.az xatırladır ki, Davtyan bu ilin 8 iyun tarixində gözlənilmədən vəzifəsindən azad edilib. O, baş nazir Nikol Paşinyanın qərarı ilə daha sonra Hərbi-sənaye Komitəsinin sədri təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!