Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır

saytların hazırlanması

Evə çatdırılma

Erməni gömrüyü Azərbaycanla sərhədlərin açılmasına hazırdır

Siyasət

09 İyun 2025 18:05 1816


Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Azərbaycanla sərhədlərin açılması halında gömrük prosedurlarının hazır olduğunu bildirib.

Yenisabah.az Musavat.coma-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın əsas ərazisindən Naxçıvana yüklərin tranziti zamanı gömrük nəzarəti digər ölkələrlə olduğu kimi həyata keçiriləcək.

Hazırda Ermənistanın Gürcüstan və İranla sərhədlərində sadələşdirilmiş tranzit rejimi tətbiq olunur. Bu da müəyyən hallarda malların daha sürətli və az bürokratik əngəllərlə daşınmasına şərait yaradır.

Lakin Akopyan Naxçıvana yönələcək yüklər üçün konkret olaraq hansı sadələşdirilmiş prosedurların nəzərdə tutulduğunu açıqlamayıb. Məsələ ilə bağlı danışıqların davam etdiyi və dəqiq mexanizmlərin razılaşdırılma mərhələsində olduğu ehtimal edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!