Erməni hərbiçisi niyə ABŞ uniforması geyinib? – Foto

saytların hazırlanması

Evə çatdırılma

Erməni hərbiçisi niyə ABŞ uniforması geyinib? – Foto

Dünya

03 Noyabr 2020 08:29 998


Azərbaycan ordusu tərəfindən öldürüldüyü iddia edilən Dağlıq Qarabağ separatçılarının qondarma rəhbəri Araik Arutunyanın “Facebook” səhifəsində yayımlanmış videoda bir məqam diqqət çəkib.

“Yeni Sabah” Oxu.az-a istinadən xəbər verir ki, Arutunyanın çıxışı zamanı onun sağ tərəfində duran və rəhbərlikdə təmsil olunduğu güman edilən hərbçilərdən birinin əynindəki forma ABŞ silahlı qüvvələrinə aiddir. Sözügedən şəxsin formasındakı “US ARMY” yazısı açıq-aşkar görüntülənir.

Görünür maddi və silah bazasını itirən və günbəgün təminatda problem yaşayan erməni silahlı qüvvələrinin artıq geyinməyə normal formaları da qalmayıb.

Qeyd edək ki, qondarma rejimin rəhbərinin və ətrafındakı əsgərlərin daha əvvəl də buna oxşar görüntüləri yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!