Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı   - Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni ifaçı Aygün Kazımovanın mahnısını oğurladı - Video

Şou

14 İyul 2023 12:56 1170


Ermənilər bu dəfə Xalq artisti Aygün Kazımovanın "Səndən nigaranam" mahnısı oğurlayıblar. 

Axşam.az xəbər verir ki, Tiqran Asatryan adlı ifaçı mahnını oxuyaraq "Andzrev" adı ilə yutub kanalında yerləşdirib. O, müəllifin adını isə qeyd etməyib. 

Xatırladaq ki, A.Kazımova "Nigaranam" mahnısını 2005-ci ildə təqdim edib. Bəstənin sözləri Baba Vəziroğlu, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnını daha sonra Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, müğənnilər Ayan Babakişiyeva, Elnur Məmmədov, Elçin Cəfərov, Gülay Zeynalova və başqaları oxuyub. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!