Erməni kilsəsində rəqs edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Erməni kilsəsində rəqs edənlər saxlanıldı

Rəsmi

12 İyul 2021 15:40 1805


Bazar ertəsi günü şəhər rəhbərliyi İstanbulun Kadıköy bölgəsindəki Surb Takavor erməni kilsəsinin divarında rəqs edən şəxslərin saxlanıldığını bildirib.

Yenisabah.az xəbər verir ki, İstanbul Böyük Şəhər bələdiyyəsinin mesajında deyilir: “Bu əməldə iştirak edən üç vətəndaş evində həbs olunub. İstintaq başlanıb. Müqəddəs yerlərə qarşı bu iyrənc davranışı qınayırıq”.

Türkiyədəki hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik də İstanbulun Kadıköy bölgəsindəki Surb Takavor Erməni məbədinin divarında rəqs edənlərin əməlini pisləyib. “Surb Takavor kilsəsinə qarşı edilən bu hörmətsizliyi qınayırıq. Məscidlərə, kilsələrə, sinaqoqlara yönəlmiş bu cür hərəkətlər hər kəsə hörmətsizlikdir, biz onları təxribat kimi qiymətləndiririk”, – deyə Çelik Twitter-də yazdı.

Bundan əvvəl Türkiyə mətbuatı Bazar ertəsi gecəsi bir qrup gəncin kilsənin yerləşdiyi küçədə rəqs etdiyini yazmışdı. Sərxoş vəziyyətdə olan iki şəxs kilsənin girişindəki divarına qalxaraq rəqsə davam edib. Sosial şəbəkələrdə xaçın qarşısında baş verən rəqsin videosu yayımlanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!