Ermənilərin törətdiyi təxribatda korpus komandiri də yaralanıb.
Yenisabab.az “Hraparak”a istinadla xəbər verir ki, aprelin 11-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Atşma nəticəsində 3 erməni hərbçisi həlak olub, ikisi ağır yaralanıb. Məlumata görə, yaralananlar arasında Ermənistan Əlahiddə Ümumqoşun Korpusunun komandiri Armen Gözəlyan da var
Qeyd olunur ki, erməni tərəfi hələ də yaralıları atışma bölgəsindən çıxarmağa nail olmadığından, qurbanların sayı arta bilər.
Telegram kanalımız