“Erməni lobbisinin məqsədi Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının qarşısını almaqdır”.
Yenisabah.az xəbər verir ki, bunu AKP sözçüsü Ömer Çelik “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, “Disney” platforması erməni lobbisinin təzyiqinə boyun əyərək Atatürklə bağlı serialın nümayişini ləğv edib:
“Bu platformada belə bir davranış Türkiyə Cümhuriyyətinin və xalqımızın dəyərlərinə qarşı hörmətsizlikdir. Dəfələrlə qeyd etdiyimiz kimi, ABŞ-da qondarma “soyqırımı” iddialarını təbliğ edən bu şəbəkə tarixi hadisələrdən öz saxtakarlıq siyasəti üçün alət kimi istifadə edir. Bu lobbinin yeganə məqsədi dəfələrlə müşahidə olunduğu kimi, Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasının qarşısını almaqdır”.
Xatırladaq ki, daha əvvəl “Disney Plus” “Atatürk” serialından imtina etmək qərarına gəlib. Türkiyənin 100 illiyindən bəhs edən serial noyabrın 3-dən bədii filmə çevriləcək və eksklüziv olaraq Türkiyə kinoteatrlarında nümayiş olunacaq. Film “Disney”ə 8 milyon dollara başa gəlib.
Amerika Erməni Milli Komitəsi (ANCA) müasir Türkiyənin qurucusunun həyatından bəhs edən teleserialın nümayişinə qarşı olduğunu bildirib və “Disney”dən filmin yayımını ləğv etməyi tələb edib.
Telegram kanalımız