Erməni məhkum Azərbaycan dilində danışır, şeir deyir - ARB-dən təəccüblü anons   - Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni məhkum Azərbaycan dilində danışır, şeir deyir - ARB-dən təəccüblü anons - Video

Sosial

05 Noyabr 2019 15:32 1642


Azərbaycanda həbsdə olan erməni kəşfiyyatçı Arsen Baqdasaryan barədə ARB TV-nin “Rezonans” verilişində sujet yayımlanacaq. 

"Yeni Sabah" xəbər verir ki, “Rezonans” verilişinin anonsunda erməni məhbusun Azərbaycan dilində danışması və Səməd Vurğunun şeirini deməsi diqqət çəkib. 

10 noyabr tarixində saat 23:00-da “Rezonans”ın yeni buraxılışında Arsen Baqdasaryanın müsahibəsi təqdim ediləcək. 

Xatırladaq ki, Ermənistanda xüsusi təlim keçən Arsen Baqdasaryan 2014-cü il dekabrın 26-da qoşunların təmas xəttini gizli olaraq keçərək Azərbaycan Silahlı Qüvvələrinin müdafiə mövqelərində 7 ədəd "fuqas" tipli piyada əleyhinə minalardan 3 ədədini Azərbaycan hərbi qulluqçularının daha çox gedib-gəldiyi səngər yollarında yerləşdirdikdən sonra geri qayıtmaq istəyərkən tutulub. O, 15 il həbsə məhkum edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!