“Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir” - Hikmət Hacıyev

saytların hazırlanması

Evə çatdırılma

“Erməni millət vəkili Azərbaycana qarşı terrora çağırış edir” - Hikmət Hacıyev

Siyasət

09 Noyabr 2020 21:36 1083


Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev erməni millət vəkili Naira Zoqrabyanın terrora çağırış etdiyini bildirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Ermənistan parlamentinin “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zoqrabyan. Həmçinin Avropa Şurası və qurumun Parlament Assambleyasında təmsil olunur. Mingəçevir su anbarını vurmaqla Azərbaycana qarşı terrora və müharibə cinayətlərinə çağırış edir. Bu cür düşünən siyasətçi AŞPA-dakı mandatından məhrum edilməlidir. Biz bunu qınayırıq”, - deyə H.Hacıyev qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!