Erməni müxalifətçi fərarilikdə ittiham olunur

saytların hazırlanması

Evə çatdırılma

Erməni müxalifətçi fərarilikdə ittiham olunur

Rəsmi

28 Aprel 2021 16:03 618


Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif Vətən Partiyasının sədri Artur Vanesyan istintaqa cəlb olunub.

Yenisabah.az xəbər verir ki, bunu siyasətçinin vəkili Lusine Saakyan bildirib.

Onun sözlərinə görə, A.Vanesyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb.

MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı A.Vanesyan və başçılıq etdiyi “Vətən” silahlı dəstəsi Şuşadakı mövqelərini özbaşına tərk ediblər. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!