“Müxalifətdən olan deputatlar gələn həftədən Milli Məclisin növbəti iclaslarında iştirak edəcəklər”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin müxalif “Patev unem” fraksiyasının deputatı Taquhi Tovmasyan “Facebook” səhifəsində yazıb.
Tovmasyan bildirib: “Biz gələn həftə Milli Məclisdə keçiriləcək sessiyalarda iştirak edəcəyik”.
Deputat əlavə edib ki, onların MM-in sessiyalarında iştirakı Paşinyan hakimiyyətinə qarşı mübarizənin davam etməyəcəyi anlamına gəlmir:
“Küçədə müxalifətdən olan deputatlar başqa mübarizə formalarına əl atsalar da, onlar, həmçinin, parlamentdə də olacaqlar.
Biz indiyədək parlamentin alətlərindən istifadə etmişik. İndi də biz bu vasitədən tam şəkildə istifadə edəcəyik. Mövqeyimizdə heç nə dəyişməyib.
Mən bir daha təsdiq edirəm ki, biz bu səlahiyyətləri aradan qaldırmaq üçün əlimizdə olan bütün vasitələrdən istifadə edəcəyik”, – deyə Tovmasyan vurğulayıb.
Telegram kanalımız