Ermənistan müxalifəti bu gün axşam saatlarında yeni mitinq keçirməyi planlaşdırır.
Yenisabah.az Hraparak-a istinadla xəbər verir ki, bu barədə məlumatı "Ana Ermənistan" blokunun rəhbəri Andranik Tevanyan sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, aksiya iştirakçılarının əsas tələbi baş nazir Nikol Paşinyanın istefası olacaq.
Xatırladaq ki, sentyabrın 19-da İrəvanda hökumət əleyhinə etiraz aksiyası keçirilib. Aksiya zamanı 34 nəfər xəsarət alıb. Polis 16 nəfəri saxlayıb.
Telegram kanalımız