Erməni nazir Moskvaya çağırıldı: Qarşısına siyahı qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir Moskvaya çağırıldı: Qarşısına siyahı qoyuldu

Dünya

10 Dekabr 2020 10:53 17377


Ermənistan Milli Təhlükəsizlik xidmətinin direktoru Armen Ayvazyan Moskvaya çağırılıb. 

Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, Armen Ayvazyanın Moskva səfəri Ermənistan hakimiyyətindəki “Soros şəbəkəsi” ilə bağlıdır.

Bəzi erməni “Telegram” kanalları xəbər verir ki, Ayvazyan artıq Moskvadadır.

Məlumatlara görə, o, dekabrın ilk günlərində də Moskvada olub. Bildirilir ki, həmin səfərdə “Soros şəbəkəsi”nin üzvlərinin siyahısı Ayvazyanın qarşısına qoyulub. Ondan qısa müddət ərzində həmin şəxslərin işdən çıxarılması tələb edilib.  

Bundan əlavə, Rusiya telekanllarının ictimai multipleksdən çıxarılması barədə Ayvazyanın qarşısında tələb qoyulub və ona görüləcək işlərinin qrafikini Moskvaya təqdim etmək üçün bir həftə vaxt verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!