Erməni nazir: Ölkəni çörək qıtlığı və bahalaşma gözləyir
28 Noy 2020 10:02
599

Erməni nazir: Ölkəni çörək qıtlığı və bahalaşma gözləyir

Qarabağın əhəmiyyətli hissəsinin itirilməsi nəticəsində Ermənistan qida təhlükəsizliyi baımndan ciddi problemlər yaranacaq. Yenisabah.az xəbər verir bu barədə Ermənistanın keçmiş Kənd Təsərrüfatı naziri Artur Xaçatryan bildirib.

O eyni zamanda  qeyd edib ki, Qarabağın itirilməsi yaxın gələcəkdə həm Ermənistanda, həm də  “Artsax”da çörək qıtlığına da səbəb ola bilər.

“Həm Artsax, həm də Ermənistan üçün qida təhlükəsizliyi ilə bağlı təhdidlər ümumi xarakter daşıyır. Birinci təhlükə mümkün taxıl çatışmazlığıdır. Ermənistan hər il təxminən 200 min ton, artıq erməni qüvvələrinin nəzarətində olmayan Artsax ərazilərində isə 150 min ton taxıl istehsal edilirdi. Biz Ermənistana idxal olunan taxılın 75 faizini itirdik. İndi bunu xarici ölkəlrdən taxıl almaqla kompensasiya etməliyik. Nəzərə alsaq ki, dolların məzənnəsi qalxır, o zaman çörəyin qiymətində ciddi artım olacağını söyləmək olar”, - deyə keçmiş nazir bildirib.

Xaçatryan koronavirus infeksiyasına görə sərhədlərin bağlandığını, taxıl ixracatına məhdudiyyətlər qoyulduğunu qeyd edərək Ermənistanda çörək qıtlığının yaranacağını deyib.

“Çörəyin bahalaşması bütün məhsulların bahalaşması deməkdir. Təəssüf ki, qida təhlükəsizliyi strategiyamız yoxdur. Ermənistan Respublikası müstəqillik qazandığı gündən bəri kənd təsərrüfatı ilə məşğul olmur.

Son iki ildə kənd təsərrüfatı məhsullarının böyük hissəsini istehsal edən təsərrüfatlar dövlət dəstək proqramlarında iştirak etmirlər”, - deyə keçmiş nazir əlavə edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər