Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon söhbəti baş tutub.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, həmsöhbətlər Geğarkunik və Syunik bölgələrindəki Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti, həll yollarını, eləcə də Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin missiyasını müzakirə ediblər.
Vaqarşak Arutyunyan və Valeri Gerasimov Ermənistan-Rusiya hərbi əməkdaşlığının dərinləşdirilməsinə yönəlmiş ikitərəfli proqramları və tədbirləri müzakirə etmək üçün yaxın günlərdə Ermənistana gələcək Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə qarşıdakı danışıqların gündəliyinə toxunublar.
Telegram kanalımız