Erməni nazir Rusiyaya gedir   - Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Erməni nazir Rusiyaya gedir - Səbəb

Dünya

23 İyun 2021 15:56 874


Ermənistan Müdafiə Nazirliyi MDB-nin kadrlarla iş üzrə departament iclasında iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb.

MDB ölkələri Müdafiə Nazirləri Şurası çərçivəsində 23-24 iyun tarixlərində Rusiya və Özbəkistanda birlik ölkələrinin Müdafiə Nazirliklərinin şəxsi heyəti ilə iş üzrə bölmə rəhbərlərinin növbəti iclası keçiriləcək.

İclasda nazir Vaqarşak Arutyunyanın rəhbərlik etdiyi Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti də iştirak edəcək.

Qeyd olunub ki, bu cür iclaslar MDB Müdafiə Nazirləri Şurasının iş planına uyğun olaraq mütəmadi olaraq keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!