Erməni nəşri 44 günlük müharibəni araşdıran komissiyadan yazdı

saytların hazırlanması

Evə çatdırılma

Erməni nəşri 44 günlük müharibəni araşdıran komissiyadan yazdı

Rəsmi

17 Sentyabr 2022 10:56 1048


Ermənistanın müharibə vəziyyətində olduğu bir vaxtda Ermənistan Milli Məclisi 44 günlük müharibənin vəziyyətinin öyrənilməsini davam etdirmək qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

Erməni nəşri mövzunu belə davam etdirib:

“Ermənistan Milli Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Koçaryan müvafiq təşəbbüslə çıxış edib və Milli Məclisdə 27 sentyabr 2020-ci ildə başlanan hərbi əməliyyatların nəticəsi ilə bağlı tədqiqat komitəsinin yaradılmasını təklif edib.

Qeyd edək ki, yarandığı gündən indiyədək bu komissiya heç bir dəyərli iş görməyib və sadəcə olaraq 1-2 keçmiş məmuru parlamentə rəsmi dəvət edərək məlumatlar öyrənib.

Onu da vurğulayaq ki, 2016-cı ilin aprel döyüşlərinin şəraitini öyrənən istintaq komissiyası belə heç bir nəticə çıxara bilmədi. O zaman elə həmin Andranik Koçaryan idi ki, daim qışqırır və keçmiş hakimiyyətə qarşı çoxlu faktlarının var olduğunu bəyan edirdi. İndi isə öz hakimiyyətinin səhvlərini gizlədə bilməyən Koçaryan komissiyanın işini daim uzadır, Ermənistan isə yenidən müharibə vəziyyətindədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!