Erməni nəşri danışıqlarda Bakının tələblərini sadaladı

saytların hazırlanması

Evə çatdırılma

Erməni nəşri danışıqlarda Bakının tələblərini sadaladı

Rəsmi

03 Oktyabr 2022 14:05 993


“Haykakan Jamanak” qəzeti Cenevrə görüşündən sonra Azərbaycanın Ermənistandan tələblərinin siyahısını dərc edib.

Yenisabah.az xəbər verir ki, erməni nəşri hakimiyyətə yaxın mənbələrə istinadla məlumat yayıb.

Nəşrin sözlərinə görə, Azərbaycanın ilk tələbi Qarabağdakı qondarma ordunun buraxılmasıdır:

“Daha sonra Azərbaycan tərəfi “Artsax”da ermənilərin yaşadığı ərazini heç bir muxtariyyət olmadan (sıfır statuslu) Azərbaycanın bir hissəsi kimi tanınmasını əsas tələb kimi irəli sürüb.

Həmçinin, Azərbaycan Ermənistan ərazisindən – Sünikdən dəhliz açmaqda israrlı görünür. O cümlədən qarşı tərəf 1919-1920-ci illərin xəritələrinə əsasən, delimitasiya və demarkasiya prosesinə başlamağı təklif edib.

Azərbaycan itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatların təqdim edilməsini də Ermənistandan istəyib”, - deyə erməni KİV-i iddia edib.

Xatırladaq ki, hazırda hakimiyyətpərəst çıxışları ilə seçilən qəzetin Baş redaktoru Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyandır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!