Erməni ordusunun atdığı raketlərin əksəriyyəti partlamır   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Erməni ordusunun atdığı raketlərin əksəriyyəti partlamır - Fotolar

Sosial

07 Oktyabr 2020 17:38 2042


"Cəbhəyanı bölgə sakinləri düşmənin silahlarının özlərinə bənzədiyini  deyirlər. Necə deyərlər, “mal yiyəsinə oxşayar”".

Yenisabah.az xəbər verir ki, təqdim etdiyimiz reportaj erməni ordusunun partlamamış raketləri barəsindədir. Horadiz şəhər sakini Xaləddin Cəfərov deyir ki, mərmilərin çoxu ya partlamır, ya da əkin sahələrinə düşür: 

“Erməni nədi ki, 10 dənə  mərmi atırsa,  3-ü partlıyır, qalanı partlamır. Getdikcə də atəş uzaqlaşır, it kimi qaçırlar” 

O, bizim mübarizəmizin haqq davası olduğunu vurğulayır:

“ Öz torpağımızı istiyirik.  Başqasının torpağında gözümüz yoxdur.  Kimizsə öldürmək fikrrimiz yoxdur. Allah canın sağ eləsin Ali BAş Komandanın, irəli getməyə hazırıq, gedəciyik də!”

Həmsöhbətim  digər soydaşlarımız kimi sevincini gizləyə bilmir və  hamımız kimi qələbəni gözləyir. Lakin qarşı tərəf can verməkdə olan yırtıcı kimi əlindən gələni eləməkdə israrlıdır. 

Erməni Ordusu məlumat bazası məhv edildiyinə görə qarşı tərəf informasiya almaq üçün gözünü bizim mediaya dikdiyinə görə  mərmilərin hara düşdüyünün təfərrüatlarınlı demirik. Füzuli-Cəbrayıl bölgəsində ətrafına təhlükəsizlik zolağı çəkilmiş açılmayan mərmilərə tez-tez rast gəlmək olur. Onların arasında  mərmilərin çapı 300 millimetr olanlar da var. Bu onun təhlükəli və kütləvi ziyan vurmaq üçün oduğunu bildirir. Onların əksəriyyəti bir yerə toplanıb və onlara yaxınlaşmaq təhlükəlidir.  

Evinin yaxınlığına raket düşənlərin arasında  buna qeyri-adi reaksiya verənlərdə var.  Füzuli  Cəbrayıl istiqamətində Erməni ordusunun atdığı, lakin partlamadığı mərmilərin yanında maraqlı mənzərəylə rastlaşdıq. Cəbhə bölgəsindəki əhali optimist olduğunu həmin mərminin üstünə gül-çiçək dəstəsi düzməsiylə göstərib. 

Şöhrət Eyvazov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!