Ermənistanda vəkillərin döyülməsi hadisəsi ilə bağlı 2 polis işdən çıxarılıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, hadisədə iştirak edən Erebuni Diviziyasının Cinayət Axtarış İdarəsinin əməliyyatçıları Martun Yeqiazaryan və Vahe Papoyan tutduqları vəzifələrdən azad ediliblər.
Ermənistan Vəkillər Palatası (EVK) Daxili İşlər Nazirliyinin polis bölməsində baş vermiş hadisənin obyektiv və hərtərəfli araşdırılmasını təmin etmək üçün həyata keçirdiyi tədbirləri alqışlayıb.
“Vəkil istənilən mühitdə, xüsusən də polis idarələrində qorunmalıdır. Bu işin gedişi bundan sonra da Vəkillər Palatasının diqqət mərkəzində olacaq” – EVK-dən bildirilib.
Telegram kanalımız