Erməni səfirə qarşı ittiham irəli sürüldü

saytların hazırlanması

Evə çatdırılma

Erməni səfirə qarşı ittiham irəli sürüldü

Dünya

19 Aprel 2021 16:20 549


Ermənistan istintaq komitəsi bu ölkənin İsraildəki səfiri Armen Smbatyana ittiham irəli sürüb.

Yenisabah.az xəbər verir ki, səfir 2006-2007-ci illərdə mədəniyyət naziri olmuş Asmik Poqosyana iri məbləğdə pulların yuyulmasında kömək etməkdə ittiham olunur.

Qeyd olunur ki, hazırda səfir olan A.Smbatyan həmin dövrdə Yerevanın mərkəzində yerləşən binanın və torpaq sahəsinin nazirin müəssisəsinin mülkiyyətinə keçirməkdə kömək edib.

Həmin torpaq sahəsi 550 min dollara A.Poqosyana məxsus olan və Britaniya Virgin adalarında qeydiyyatdan keçirilmiş şirkətə satılıb. (Trend)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!