Erməni silahlı qüvvələri Qarabağda qalacaqmı? - Putindən şok   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Erməni silahlı qüvvələri Qarabağda qalacaqmı? - Putindən şok CAVAB

Siyasət

17 Dekabr 2020 18:40 9383


"Erməni silahlı qüvvələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalmağa davam edəcək".

Yenisabah.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransında çıxışını şərh edərkən deyib. Şahin Cəfərli bildirib ki, Rusiya prezidenti hamını narahat edən "Erməni silahlı qüvvələri Qarabağdan çıxarılacaqmı?” sualına aydınlıq gətirib:

"Vladimir Putin bu barədə suala cavab verdi. Üçtərəfli bəyanatda bununla bağlı qeyri-müəyyənlik var. 4-cü maddədə yazılıb: 

"Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir".

Lakin Putin bu məsələdə 1-ci maddəyə istinad etdi. Orada yazılıb: 

"Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar". Yəni, erməni silahlı qüvvələri Rusiya sülhməramlı qüvvələrinin nəzarətindəki ərazilərdə qalmağa davam edəcək. Putin Dağlıq Qarabağın beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisi olduğunu və status məsələsinin gələcəyə buraxıldığını söylədi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!