Erməni snayperi ürəyini nişan almışdı – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Erməni snayperi ürəyini nişan almışdı – Fotolar

Hadisə

21 Dekabr 2020 07:38 2115


Qarabağ savaşında Azərbaycan oğullarının qəhrəmanlıqları saymaqla bitən deyil. Media zaman-zaman onlar haqda məlumatları oxucuların diqqətinə çatdırır.

“Yeni Sabah” bu yazısında qazimiz Bayram Bayramlının döyüş yolu haqda qısa tanıtım təqdim edir. Füzuli rayonunun Araz Dilağarda kəndindən olan 1993-cü il təvəllüdlü B. Bayramlı müharibə başlayan ilk gündən döyüş bölgəsinə yollanıb. Cəbrayıl rayonunun kəndlərinin azad olunması ilə başlayan döyüş yolu Füzuli rayonu ilə davam edib. Xocavənd rayonunun bir neçə kəndi uğrunda gedən döyüşlərdə, Hadrutun azad olunmasında iştirak edib.

Bayramın son döyüşü Şuşikənddə olub. Düşmənlə üz-üzə gələn döyüşçü pulemyotla onların bir neçəsini məhv etsə də, erməni snayperi onu vurub. Snayper əsgərimizin ürəyini nişan alıb. Lakin qeyri-dəqiq atəş və ani olaraq əsgərimizin yerdəyişməsi nəticəsində güllə onun kürəyindən girərək çiynindən çıxıb. Döyüş dostları onu kilometrlələ öz çiyinlərində daşıyaraq həkimlərə təhvil veriblər.

Hazırda müalicə alan B. Bayramlının sol qolu işləmir və onun bərpa olunacağı haqda həkimlər də dəqiq fikir deyə bilmir. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!