Erməni sürücünün qohumları canidən qisas aldı - Video

saytların hazırlanması

Evə çatdırılma

Erməni sürücünün qohumları canidən qisas aldı - Video

Rəsmi

13 İyun 2022 09:59 1085


Vladiqafqazda ermənilər polisin gözü qarşısında qətl törətdilər.

Yenisabah.az "BAZA"ya istinadla xəbər verir ki, hadisə ötən gecə olub. 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryan müştərisi 35 yaşlı Murad Osmanovla mübahisə edib və qarnından bıçaqlanıb.

Cani saxlanılıb, taksi sürücüsü isə ağır vəziyyətdə Vladiqafqaz xəstəxanasına aparılıb. Yaralı Osmanov da polisin müşayiəti ilə həmin xəstəxanaya gətirilib. 

Həmin vaxt taksi sürücüsünün qohumları artıq klinikada olublar. Əvvəlcə dəhlizdə, polisin gözü qarşısında sürücünün nəvəsi Osmanovu kürəyindən və ayağından bıçaqlayıb. Həkimlər yaranı tikib, sarğı qoyublar. Amma sonra sürücünün oğlu onu bıçaqlayıb, başqa bir qohumu isə tapançadan atəş açaraq M. Osmanova güllələyib.

Nəticədə Osmanov reanimasiyada dünyasını dəyişib.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!