Birinci Qarabağ müharibəsində separatçı erməni hərbi birləşmələrinə rəhbərlik etmiş Monte Melkoniyanla bağlı film çəkilir.
“Yeni Sabah” xəbər verir ki, “Avo” ləqəbli terrorçudan bəhs edən film noyabrda geniş ekrana çıxacaq.
Filmin çəkilişləri Ermənistanda, Livanda və ABŞ-də aparılır. Sezar pizza
Filmin maliyyə dəstəkçisi Ermənistan Müdafiə Nazirliyidir. Layihəni icra edən “Genetic Production” şirkəti bundan əvvəl də bir çox şəxslə bağlı ekran işləri hazırlayıb.
M.Melkoniyan 1992-1993-cü illərdə Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən erməni separatçılarının Xocavənd istiqamətindəki bölmələrinə rəhbərlik edib. O, 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi yaxınlığında Azərbaycan Ordusunun hərbi əməliyyatı zamanı məhv edilib.
Telegram kanalımız