Erməni terrorçudan etiraf: “Onları mühasirəyə aldıq...“

saytların hazırlanması

Evə çatdırılma

Erməni terrorçudan etiraf: “Onları mühasirəyə aldıq...“

Hadisə

02 İyul 2021 17:34 1229


Erməni terrorçu silahlı birləşmənin daha 13 üzvünün-Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenisabah.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Bakı Ağır Cinayətlər Məhkəməsin hakimi Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərdən Arutyunyan Varazdat ifadə verib.

O bildirib ki, hərbi hissədə silahlanıblar və daha sonra Xocavənd rayonunun ərazisinə gətiriliblər. Qeyd edib ki, onların heç biri oranın adını bilməyib: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını bilirdik. Bizə demişdilər ki, Ermənistanla sərhədləri qoruyacağıq".

Digər təqsirləndirilən Serop Avakyan, Qriqor Kureqyan ifadələrində Azərbaycan ərazisində silahlı birləşmənin tərkibində iştirak etdiyi üçün peşman olduğunu söyləyib.

Hakim bildirib ki, ittiham aktı üzrə təqsirləndirilən şəxslərin dindirilməsi başa çatıb.

Prosesdə şahid qismində hərbi qulluqçular dindirilib.

Onlar bildirib ki, ermənilərin Hadrut istiqamətində özlərinə mövqe tutması ilə bağlı onlara məlumat daxil olub:

"Dekabrın 12-də Əlican kəndi yaxınlığında bizə həyacan siqnalı verildi. Biz həmin istiqamətdə irəlilədik. Bizə dedilər ki, onlar dağdan aşağı enirlər. Onları mühasirəyə aldıq. Dedik ki, təslim olmasaz sizi məhv edəcəyik. Onlar təslim oldular, silahlarını təhvil götürdük. Onları bazamıza gətirərək, adiyyatı üzrə təhvil verdik. Ayın 14-də daha iki nəfəri zərərsizləşdirirək təhvil vemişik".

Proses iyulun 6-da davam edəcək./Apa/


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!