Erməni təxribatı nəticəsində əhaliyə dəymiş ziyan hesablanır

saytların hazırlanması

Evə çatdırılma

Erməni təxribatı nəticəsində əhaliyə dəymiş ziyan hesablanır

Hadisə

13 Noyabr 2020 14:52 747


Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı yaradılmış Dövlət Komissiyası müharibə dövründə ziyan çəkən Ağdam, Ağcabədi, Tərtər, Bərdə, Füzuli, Gəncə, Beyləqan, Goranboy, Naftalan və digər ərazilərə ezam olunub.

Komissiya üzvü Elşən İbrahimov yenisabah.az-a bildirib ki, artıq komissiya üzvləri yerlərdə hadisə nəticəsində ziyan dəymiş əraziləri müəyyənləşdirir:

"İlkin olaraq inventarlaşma aparırıq. Komissiya erməni təxribatı nəticəsində ziyan çəkən ev, obyekt, inzibati binalar, mal-qara tələfatı, nəqliyyat vasitələri və digərdövlət və şəxsi əmlaklarla bağlı araşdırmalar aparır. Yaxın vaxtlarda dəymiş ziyan müəyyən ediləndən sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!