Erməni vəkillər də Paşinyanın istefası tələbinə qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Erməni vəkillər də Paşinyanın istefası tələbinə qoşuldu

Rəsmi

08 Dekabr 2020 22:55 820


Ermənistanda 500-dən çox vəkil baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub.

Yenisabah.az xəbər verir ki, bu barədə Ermənistanın Vəkillər Palatasının sədri Ara Zohrabyan “Facebook” səhifəsində yazıb.

Zohrabyan Paşinyan və komandasının səhvlərini sadalayaraq onu məhkəmələrin işinə müdaxilədə, hakimlərin həbsində, vəkillərin və jurnalistlərin fəaliyyətinə təzyiq göstərməkdə ittiham edib.

Palata sədrinin sözlərinə görə, baş nazirin komandası heç bir əsas olmadan fövqəladə və hərbi vəziyyətin uzadılması haqda qərar qəbul edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!