Erməni zabiti həbs olundu 

saytların hazırlanması

Evə çatdırılma

Erməni zabiti həbs olundu 

Kriminal

20 İyul 2021 15:07 1341


Hərbi çağırışçı Artur Qazaryanın ölümü ilə bağlı cinayət işi çərçivəsində Ermənistan ordusunun həbsdə olan leytenant X.A.-ya ittiham irəli sürülüb.

Yenisabah.az «Armenian News»a istinadla xəbər verir ki, bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. Zabitə münasibətdə həbs qətimkan tədbiri seçildi.

Xatırladaq ki, iyulun 16-da sıravi Artur Qazaryan silahlarla davranma qaydalarının pozulması nəticəsində başından güllə yarası alıb. Hərbi xəstəxanaya aparan yolda A. Qazaryan ölüb.

Bu faktla əlaqədar Ermənistan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (döyüş növbətçiliyi və ya hərbi xidmət keçmə qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

İlkin istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!